
İspaniyanın "Kadis" klubu faciədən son anda xilas olub.
Sportnet.az xəbər verir ki, Sevilya təmsilçisinin Salvadora yoldaşlıq görüşünə yollandığı təyyarənin mühərrikində nazasızlıq yaranıb.
Layner havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra məcburi eniş etmək məcburiyyətində qalıb. Hadisədən zərərçəkən olmasa da, futbolçular və komanda rəsmilərinin psixoloji sarsıntı yaşadığı bildirilir.
Qeyd edək ki, La Liqada mövsümü 18-ci yerdə bitirən "Kadis" Sequndaya yuvarlanıb.