
"Neftçi" klubunun futbolçusu Alfa Konte Syerra Leone millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.
23 yaşlı yarımmüdafiəçi Cibuti və Burkina Faso yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Qeyd edək ki, Syerra Leone iyunun 5-də Cibuti, 5 gün sonra isə Burnika Faso ilə üz-üzə gələcək.