AFFA Region Liqasının qalibi olan "Şimal" komandasının UEFA Region Kubokundakı rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Xaçmaz təmsilçisi Gürcüstanda baş tutacaq ilkin mərhələdə yerli "Football School Bridge" və İsveçin "Göteborq" kollektivləri ilə qarşılaşacaq.
Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.
Bu mərhələnin oyunları 28 iyun – 4 iyul tarixlərində Kutaisi şəhərində keçiriləcək.
Qeyd edək ki, UEFA Region Kuboku uğrunda 36 ölkənin təmsilçisi mübarizə aparır. Turnirin son qalibi İspaniyanın "Qalisiya" komandası olub.