Adı korrupsiya qalmaqalına qarışan keçmiş FİFA vitse-prezidenti Cek Uorner xəstəxanalıq olub. Sportnet.az-ın məlumatına görə, o, ötən gecəni həhsdə keçirib və burada halı pisləşib.
KONKAKAF-ın sabiq başqanı polis yaxalayıb məhkəməyə təhvil verildikdən sonra Trinidad və Tobaqonun baş nazir Kamla Persad Bissessar onun həbsinə fərman verib.
Ölkənin ali məhkəməsinin qərarı ilə Uorner 2,5 milyon dollar girov müqabilində azadlığa çıxa bilər.
Qeyd edək ki, C.Uorner KONKAKAF-ın prezidenti vəzifəsini 2011-ci ildə tərk etmişdir. Elə həmin il korrupsiya ilə bağlı ona qarşı sürülən çoxsaylı ittihamlar səbəbindən FİFA-nın rəhbərliyindən getmişdir.