
"Çelsi" "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etməkdən imtina edib.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, "zadəganlar" hücumçunu almaq üçün 100 milyon avrodan çox pul ayırmaq istəməyib. Halbuki, neapollular futbolçusuna görə 120 milyon tələb edir. Bundan başqa, nigeriyalı da özünə yüksək maaş istəyir.
25 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.