
İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Adil Hacızadə, Mixail Malkin və Tofiq Əliyevdən ibarət heyət yarışda üçüncü yeri tutub.
Komanda tamblinq növündə medala layiq görülüb.