1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016"nın nəinki medalları, təşkilatçılığı da qüsurlu idi"
"2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının nəinki medalları, hətta təşkilatçılığı qüsurlu idi".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Firdovsi Umudov son olimpiadanın medallarında ləkə və pasların aşkarlandığına dair xəbərlərə münasibət bildirərkən deyib. O, belə hallardan məlumatsız olduğunu söyləməklə yanaşı, "Rio-2016"nı hər cəhətdən aşağı səviyyəli oyunlar kimi dəyərləndirib. F.Umudov məhz bu səbəbdən, güləşçilərimizin qızıl medal qazana bilmədiklərini vurğulayıb: "Bizim olimpiya çempionumuz niyə olmadı? Çünki gecələr belə normal yatmağa imkan vermirdilər. Dopinq nəzarətçiləri güləşçilərimiz narahat edir, qoymurdular ki, istirahət etsinlər. Digər maneələrlə də üzləşirdik. Əbəs yerə deyilmir ki, "Bakı 2015" I Avropa Oyunları olimpiada səviyyəsində təşkil olunmuşdu. Amma "Rio-2016" təşkilatçılıq səviyyəsi baxımından, daha aşağı idi".
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 100-dək medalı ləkə və pas atmaları səbəbindən təşkilatılara qaytarılıb. Braziliya dəmir sikkə sarayı 130-dək medaldakı qüsuru aradan qaldıracaq. Daha çox bürünc medalların zərər gördüyü bildirilir. "Rio-2016" üçün ümumilikdə 2488 medal hazırlanmışdı. Azərbaycan idmançıları son olimpiadada 18 medal qazanıb ki, onların da yarısı güləşçilərin payına düşüb. Sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) bürünc medal qazanıb.