1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kimdir günahkar: Cavid Hüseynov, yoxsa...?
Hər bir cəmiyyətin varlığı onun mədəni səviyyəsindən aslıdır. Mədəniyyəti olmayan xalqlar tarix boyu məhvə məhkumdur. Buna misal olaraq ən böyük nümunə tarixdə işğalçılığı ilə ad çıxarmış monqollardır. Çingiz xanın dövründə böyük bir ərazi ələ keçirən, öz tayfalarını işğal etdiyi ərazilərdə yerləşdirən monqollar əsrlər keçdikcə mədəniyyətləri olmadığına görə özləri digər xalqların arasında əriyib yoxa çıxdılar. Makedoniyalı İsgəndər yunan mədəniyyətini, ərəblər isə İslamı yaymaqla indinin özündə belə dünyada ən sayılıb seçilən xalqlardan birinə çevrilə biliblər. Savadsızlığın geniş yayıldığı Hindistanda belə xalqlar sırf mədəniyyətlərinə görə maraq çəkir.
Hər bir mədəniyyət isə ilk olaraq dildən, davranışdan başlayır. Mədəniyyət ümumi bir cəmiyyətin işi olduğundan, bu prosesdə hər kəsin iştirak etməsi və onların bir-birini sivil şəkildə anlaması mütləqdir.
Azərbaycanın tarixən böyük mədəniyyəti olsa da, etiraf etmək lazımdır ki, müasir zamanda biz bu dəyərləri qoruya, özmümüzdə daşıya bilmirik. Sanki azərbaycanlıya məxsus olan bir şeydən utanır, ona geridəqalmışlıq nümunəsi kimi baxırıq. Yalnız ermənilər bizim mədəniyyətimizə aid bir şeyi oğurlayarkən fərqinə varırıq ki, itirdiyimiz qiymətli bir şeydir. Əslində elə hər bir qiymətli nəyisə (kimisə) itirirərkən fərqinə varırıq ki, o qiymətlidir.
Çox təəssüf ki, jurnalist Rasim Əliyev də öldürülərkən qiymətli varlığımızın itdiyini anladıq və yuxarıda sadaladığım mədəni amillərin olmaması bütün qətl prosesində aşkar olaraq özünü göstərdi. Məsələ kimin günahkar, kiminsə qiymətli olmağında deyil, həmişə günahkar və qəhrəman axtarışında olan xalqımızın yanlış dəyərləndirmə, analiz, özünü dərketmə prosesindədir.
Ürək ağrısı ilə olsa da, bir-çox məsələni etiraf etməkda fayda var. Tariximizdə gözəl adətlər olsa da, bu gün cəmiyyətin savadsız kəsiminə "vor zakon” qanunlarının kor-koranə təbliği məhz uşaqdan-böyüyə hər kəsi zorakı, acıqlı, qarşısındakı insanlara hər an ölümcül xəsarət yetirməyə çalışan birinə çevirib. Normal cəmiyyətdə kimisə öldürmək rüsvayçı hal kimi qarşılansa da, bizdə bu, az qala fəxr sayılır. Cavid Hüseynov və Rasim Əliyev arasındakı adi sözlə "yola verməy”in mümkün olduğu xırda konfliktin bu qədər uzanması bir tərəfə ölüm, digər tərəfə həbs aqibəti yaşatdı. Əslində burada əsas günahkar hər iki tərəf görünsə də, həmişəki kimi qeyd etməliyəm ki, əsas məsələ ölkəmizdə mədəni və təhsil səviyyəsinin bərbad olmasındadır.
Kök salmış küçə qanunları bizə sivil cəmiyyətdə yaşamağa imkan vermir. Ən əsası, insanlar arasında üzr istəmək "sınmaq” kimi qələmə verildiyindən, mübahisəli məslələr məhkəmələrdə, ağsaqalların yanında yox, küçə "razborka”larında, dildən, son zamanlar isə gücdən iti olanların arasında həll olunduğundan, biz əlimizdə olan ən xırda dəyərləri belə itirmə nöqtəsinə çatmışıq. İnsanlar arasında normal danışığın, normal müzakirənin, fikir ifadə etmənin olmadığı, səhv etmə şansının verilmədiyi bir cəmiyyətin gələcəkdə var olma şansları yox dərəcəsindədir. İnsanlarının fikirlərini sərbəst ifadə edə bilməməsi isə hər kəsi fiziki cəhətdən güclü olmağa, nə yolla olursa-olsun, özünü haqlı göstərməyə sövq edir. İnsanlar daha ağıllı, savadlılara yox, qoldan daha güclülərə hörmət edir.
Neftlə dolanan ölkənin neftçisi cuzi maaş aldığı bir vaxtda ölkə üçün heç bir gəlir gətirməyən idmançılar milyonlar qazanır, zorakı hərəkətlər edir, cəmiyyəti qorxu içərisində saxlayırlar. İnsanlar kitab oxumaqdan, savadlanmaqdan çox zorakılıq etmək üçün güc toplamağa çalışırlar. Bu isə qarşıdakı təhlükə siqnalıdır və cəmiyyətimizn uğurlu bir gələcəyə yox, monqol tayfalarının qanunları ilə idarə olunmağa getdiyini göstərir.