1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qızıl top"a son 3 namizəd
FİFA 2015-ci ilin ən yaxşı futbolçusu üçün təsis olunmuş "Qızıl top" mükafatına 3 namizədi açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bunlar İspaniya "Real Madrid"inin forvardı Kriştianu Ronaldu və "Barselona"nın hücumçuları Lionel Messi ilə Neymardır.
Messi və Neymar bu il İspaniya çempionu, Çempionlar Liqasının qalibi, ölkə kuboku və Super Kubokunun sahibi olublar. Argentinalı qolçu həm də çempionatın ən yaxşı oyunçusu, 43 qolla ikinci bombardiri olub. Neymar isə bombardirlər siyahısında 22 qolla 4-cü yeri tutub.
Qeyd edək ki, "Qızıl top" mükafatına əvvəllər 3 dəfə Lionel Messi (2010 - 2012), 2 dəfə Kriştianu Ronaldu (2013, 2014) layiq görülüb. 2015-ci ilin ən yaxşı futbolçusu növbəti il yanvarın 11-də İsveçrənin Sürix şəhərində açıqlanacaq.