1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Oyun satan 11 gənc futbolçu komandadan qovuldu
Ukraynanın "Zarya" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasından 11 oyunçu kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Sergey Rafailov açıqlama verib.
O bildirib ki, daxili araşdırma nəticəsində Valentin Veliki, İvan Volik, Aleksey Olençenko, Sergey Romanov, Yeqor Skvortsov, Maksim Slyusar, Pavel Smirnov, Aleksandr Soldatenko, Vladislav Sidorenko, Vladislav Filenkov və Denis Şapoçkanın oyun satdıqları müəyyənləşib. Futbolçular lazımi nəticənin əldə olunması qarşılığında hər oyuna 700 dollar və 1000 dollar aldıqlarını təsdiqləyiblər.
Rafailov "satqınlar"ın digər komandalarda peyda olmamaları üçün əlindən gələni edəcəyini bildirib: "Bəzi futbolçuların özləri danışılmış oyunda iştirak istəklərini bildirdilər. Oyunçulardan biri mənə dedi: "300 dollar maaş alıram. Necə dolanım?" Mən isə ondan soruşdum: "Anan nə qədər qazanır?" Deyir ki, 2000 qrivna. Bu isə cəmi 85 dollar edir".