1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Onlar 1/8 finalda oynayacaqlar - SİYAHI
Futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinə İspaniya və İngiltərənin hərəyə 3 klubu yüksəlib.
İspaniyanın hər 3 təmsilçisi - "Real Madrid", "Barselona" və "Atletiko" qrup lideri kimi mərhələ adlayıblar. İngiltərə komandalarından "Mançester Siti" və "Çelsi" qrup lideri, "Arsenal" 2-ci olub. Almaniyanın hər 2 təmsilçisi - "Bavariya" ilə "Volfsburq" da qrup lideri olub. Öz qrupunun ən güclüsü olduğunu Rusiya "Zenit"i də nümayiş etdirib. İtaliyanın "Yuventus" və "Roma", Fransanın PSJ, Portuqaliyanın "Benfika", Hollandiyanın PSV, Belçikanın "Gent" və Ukraynanın "Dinamo" (Kiyev) komandaları da qrup 2-cisi kimi mərhələ adlayıb.
Püşkatma mərasimi dekabrın 14-də keçiriləcək. Tədbir zamanı qrup liderlərinə qruplarda 2-ci yeri tutmuş komandalar rəqib olacaq. Lakin yeganə istisna kimi, siyasi səbəblər üzündən "Zenit"lə "Dinamo"nun bir-birinə rəqib olmasına imkan verilməyəcək.
Qeyd edək ki, qruplarda 3-cü yeri tutmuş 8 komanda - "Sevilya", "Valensiya" (hər ikisi İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Almaniya), "Portu" (Portuqaliya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray" (Türkiyə) və "Olimpiakos" (Yunanıstan) mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər. Bu mərhələnin qalan iştirakçılarının tam siyahısı bu gün keçiriləcək Avroliqanın son turunun ardından məlum olacaq.