1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyədə yeni stadiona "Azərbaycan Arena" adı verilir
Türkiyənin "Bursaspor" klubu üçün tikilən yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə klub prezidenti postuna namizədlərdən olan Timur Noyan açıqlama verib.
Noyan mayda Azərbaycan rəhbərliyi ilə stadionun adı ilə bağlı ünsiyyətdə olduğunu bildirib: "Yeni stadionumuzun "Azərbaycan Arena" adını alması üçün ilkin danışıqlarımız olub. Bizə danışdığımız məbləği artıracaqlarını dedilər".
Qeyd edək ki, "Bursaspor"da prezident seçkisi 11 - 19 yanvarda keçiriləcək. Klubun yeni stadionu 2015-ci il dekabrın 21-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan tərəfindən açılıb. Arena 45 min tamaşaçı tutumuna malikdir.