FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirə bu gün yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu Belarusun U-19 komandasına qarşı keçirib.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 7-ci yer uğrunda mübarizə aparıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş qarşılaşmadan millimiz 1:2 hesablı məğlub ayrılıb. Nəticədə milli komanda turniri 8-ci pillədə başa vurub.
Turnirdə 9-10-cu pillələri müvafiq olaraq Yaponiya və Qazaxıstan komandaları tutub. Bolqarıstan və Moldova 11-12-ci pillələri bölüşüblər. Turniri sonuncu pillədə yekunlaşdıran Litvanın U-17 komandası olub. 13-cü pillədə isə Estoniya qərarlaşıb.
Finalda Sloveniya və Sankt-Peterburq komandaları üz-üzə gələcək. Sloveniya qrup mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparıb və qrupu ilk pillədə tamamlayıb. Bürünc medal matçı Rusiya və Finlandiya arasında keçiriləcək. 5-ci yer uğrunda Latviya və Slovakiya yığmaları qarşılaşacaq.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.