
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun düşərgəsinə yollanıb. Bu barədə Sportnet.az-a 32 yaşlı müdafiəçinin qardaşı Hidayət Şükürov məlumat verib.
Onun sözlərinə görə, Şükürov "Karşıyaka"nın ötən gün baş tutan ilk məşqinə qatılmayıb. Səbəb klubdan futbolçuya alınan biletdə uçuş saatının gec göstərilməsi olub: "Mahir yeni klubunun düşərgəsinə dünən Bakı - İstanbul - İzmir reysi ilə uçub və axşam saatlarında çatıb. Bu səbəbdən, qardaşım "Karşıyaka"nın ilk məşqinə qatıla bilməyib. O, bugünkü məşqlərdə yer alacaq".
Qeyd edək ki, Mahir Şükürov I Liqada çıxış edən "Karşıyaka" ilə iyunun 16-da 1+1 illik müqavilə imzalayıb.