
AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbir zamanı Bakının 2020-ci il Avropa çempionatına namizədliyi ilə bağlı videoçarx nümayiş etdirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov tezliklə bununla əlaqədar yazı müsabiqəsinin elan olunacağını bildirib. Tədbirin ardından Məmmədov və KİV nümayəndələri birgə Bakının Avro-2020-nin oyunlarına namizədliyini özündə əks etdirən bannerlə şəkil çəkdiriblər. Bununla da mətbuat nümayəndələri Bakının namizədliyinə dəstəklərini nümayiş etdiriblər.