"Qalatasaray”
Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatına komandanın rəsmisi
Əli Dürüst açıqlama verib.
Əli
Dürüst "Qalatasaray”la bağlı son vəziyyəti açıqlayıb. Dürüst Prandelli ilə
rəsmən yolların ayrıldığı, Hamza Hamzaoğlu ilə isə artıq anlaşdıqlarını
bildirib.
Super
Liqanın XI həftəsində "Qaziantepspor”la qarşılaşacaq komandanı oyuna Klaudio
Tafarel çıxaracaq. Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da məşqçinin
mövsümün sonuna kimi komandanı çalışdıracağı, uğurlu nəticə əldə edərsə vəzifəsində
qalacağı bildirilib.
Qeyd edək ki, Hamza Hamzaoğlu Türkiyə millisinin baş məşqçisi Fatih Terimin köməkçisidir.