
İtaliyanın
"Atalanta” komandasının fanatları 3 ay ərzində öz komandalarının səfər
oyunlarını stadiondan izləyə bilməyəcəklər. Sportnet.az-ın məlumatına görə, bu
barədə İtaliya Daxili İşlər Nazirliyi qərar qəbul edib.
Buna
səbəb "Atalanta” azarkeşlərinin İtaliya A seriyasının XII turunda "Roma”ya (1:2)
məğlubiyyətindən sonra etdikləridir. Fanatlar matçdan sonra dava salıblar.
Bu hadisənin təkrarlanacağı təqdirdə, cəza müddəti 2 ilə kimi artırıla bilər.