Futbol
üzrə Fransada təşkil olunacaq 2016-cı il Avropa Çempionatının talismanının adı
açıqlanıb. Sportnet.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında əynində
Fransa millisinin futbolkası və qırmızı plaşlı kiçik oğlanın adının Super Viktor
adlandırıldığı qeyd edilib.
Səsvermə
nəticəsində seçilən Viktor adının mənası qalib deməkdir. Digər variantlar
Qoliks və Driblu adları dəstəklənməyib.
Qeyd edək ki, Avropa çempionatı 2016-cı il iyun ayından 10 iyula kimi Fransanın on şəhərində keçiriləcək. İlk dəfə olaraq final mərhələsində 24 komanda iştirak edəcək.