
Türkiyənin
"Samsunspor” klubunun futbolçusunun qaçırıldığı iddia edilib. Sportnet.az-ın
məlumatına görə, Qaradəniz klubunun rəhbərliyi 19 yaşlı futbolçunu axtarır.
Maliyyə
baxımından çətin günlər keçirən "Samsunspor” klubu ilə bağlı şok iddia ortaya
atılıb. Komandanın 19 yaşlı nigeriyalı futbolçusu Aminu Umarın pulu ödənmədiyi
üçün qaçdığı iddia edilmişdi. Lakin 30 min avro alacağı olan futbolçunun bu
pulları ödənilsə də, o, hələ də geri dönməyib. Umarın qaçırıldığını örgənən "Samsunspor”
rəhbərliyi futbolçunun tapılıb geri qaytarılması üçün axtarışa başlayıb.
Qeyd edək ki, 2012-ci ildə İtaliya 1-ci liqasında iştirak edən "Udineze”nin futbolçusu Kristian Obodo da Nigeriya deltasında qaçırılmışdı. Futbolçunu azad etmək üçün 187 min 500 dollar girov istənilsə də, Nigeriya polisi uğurlu əməliyyatla futbolçunu xilas edə bilmişdi.