
"Qalatasaray" klubu yeni
baş məşqçisi Hamza Hamzaoğlunu rəsmən ictimaiyyətə təqdim edib. Sportnet.az-ın Türkiyə
mətbuatına istinadən məlumatına görə, Hamzaoğlu "Qalatasaray"la 2015-ci ilin may ayına qədər
müqavilə imzalayıb.
Baş məşqçi tədimat mərasimində xoşbəxt
olduğunu bildirib: "İlk öncə yuvam deyə biləcəyim yerdəyəm. Yenidən burada olduğum üçün xoşbəxtəm. Mənə dəstək olduqları üçün
Yıldırım Dəmirörən və Fatih Terimə təşəkkür edirəm. Müqaviləm may ayına
qədərdir. 10 illik müqaviləyə ehtiyacım yoxdur. Əgər uğursuzluq olarsa,
gedəcəyik".
Qeyd edək ki, Hamza Hamzaoğlu "Qalatasaray"ın baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Çezare Prandellini əvəzləyib.