Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan paytaxtında təşkil olunan beynəlxalq "Daşkənd Kuboku-2014" turnirinə böyük hesablı məğlubiyyətlə başlayıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığma ilk matçında Qazaxıstan millisinə uduzub - 1:4.
Millimizin yeganə qolunu Rəcəb Fərəczadə
vurub. Azərbaycan millisi növbəti görüşünü dekabrın 2-də Belarusa qarşı
keçiriəcək. Dekabrın 3-də isə rəqib Özbəkistan olacaq.
Qeyd edək ki, əvvəllər Azərbaycan
yığması Qazaxıstanla 3 dəfə üz-üzə gəlib və hamısında qələbə qazanıb.