Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Sportnet.az-ın
məlumatına görə, iclasdan sonraAFFA prezidenti Rövnəq
Abdullayev mətbuat konfransı keçirib.
AFFA prezidenti "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməməsinə münasibət bildirib: "Qurbanı milliyə gətirsəydik, Əli aşından da olacaqdı, Vəli aşından da. Onu "Neftçi”yə baş məşqçi mən qoymuşdum. O vaxt ona istefa qışqıranda dedim ki, 200 oyun da uduzsa, çıxarmayacağam. Onu "Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.