UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, UEFA-nın türkiyəli I vitse-prezidenti Şenes Erzik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təqaüdə göndərilib.
O, postunu göz yaşları ilə tərk edib. Erzik UEFA-da 33 ilədək çalışıb. Türkiyədən İK üzvlüyünə namizəd olan Sərvət Yardımcı isə lazimı miqdarda səs toplaya bilməyib. Qardaş ölkədən əlavə, Rusiya da son 60 ildə ilk dəfə UEFA rəhbərliyində təmsil olunmayacaq. Şimal qonşularımızın son təmsilçisi Sergey Fursenkonun da səlahiyyət müddəti başa çatıb. İK-in yeni tərkibinə Anxel Mariya Vilyar Lyona (İspaniya), Qriqori Surkis (Ukrayna), Peter Jiyeron (İsveçrə), Davor Şuker (Xorvatiya), Fernandu Qomeş (Portuqaliya), Şandor Çanyi (Macarıstan) və Borislav Mixaylov (Bolqarıstan) daxil olub.

Qeyd edək ki, UEFA Konqresində Mişel Platini üçüncü müddətə qurumun prezidenti seçilib. O, yeganə namizəd kimi qalib olub.