Məşhur "France FootbalL" nəşri 2014-cü ilin ən çox qazanan futbolçu və baş məşqçilərin adını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, jurnal ötən il "Barselona"nın futbolçusu Lionel Messinin daha çox qazandığını bildirib - 65 milyon avro.
Nəşrin hesablamalarına görə, 2-ci pillə 54 milyon avro ilə "Real Madrid"in üzvü Kriştiano Ronaldoya, 3-cülük isə "Barselona"da top qovan Neymara məxsusdur - 36.5 milyon avro.
Ən çox qazanan baş məşqçilər siyahısına İngiltərə "Çelsi"sinin çalışdırıcısı Joze Mourinyo rəhbərlik edir. Jurnal Mounun ötən il 18 milyon avro qazandığını bildirib. Mourinyonun siyahıda ən yaxın qonşusu 15.5 milyon avro ilıə "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti və 15.2 milyon avro ilə "Bavariya"ya başçılıq edən Pep Qvardioladır.