1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Sadıq Sadıqov kimi nəticələr göstərməmişəm"
"AFFA İcraiyyə Komitəsində klubların ictimailəşdirilməsinə qərar vermişdik. "Neftçi" idman cəmiyyətində 5000-dək idmançı və mütəxəssis var idi. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Neft Şirkətinin inzibati binasında "Neftçi" klubunun Müşahidə Şurası üzvləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında R.Abdullayev "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubunun "Neftçi" İdman Klubunun tərkibinə verildiyini deyib. AFFA prezidenti 7 nəfərdən ibarət Müşahidə Şurası yaradımasına qərar verdiklərini bildirib.
O, Müşahidə Şurasının üzvlərinin adlarını da açıqlayıb: "Çingiz Abdullayevdən futbolu sevən şəxs kimi xahiş etdik ki, Müşahidə Şurasına üzv olsun. Eləcə də Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə razılıq verdi. Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər də şurada yer alacaq".
Məqsədin "Neftçi"ni ictimailəşdirmək olduğunu söyləyən R.Abdullayev klubu səhmlərinin buraxılacağını söyləyib: "100 min səhm buraxılacaq və idarə heyəti tərəfindən idarə olunacaq. Artıq klub rəhbəri təyinat aparmayacaq. "Sumqayıt" və s. səhmdar və ya şəxsi klub olacaq. Artıq kimsə kefi istəyəndə klubu bağlamayacaq. Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq. Artıq klub bir nəfərdən asılı olmayacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. "Neftçi"nin idman cəmiyyəti tərkibinə verilməsi barədə qərar verdik. Müşahidə Şurası bu işə həvəslə və sevə-sevə girişir. İlk növbədə, "Neftçi"ni daxili aləmdə tanıtmalıyıq. Azarkeşsiz futbol - futbol deyil. Mən də 5 il klub prezidenti olmuşam, amma Sadıq Sadıqov kimi nəticələr göstərməmişəm. "Bakı" klubunu götürək. Bank sağ olsun, onun sayəsində klubu maliyyələşdirdik. Birinci özümüzdən başlayırıq. İlin sonunadək bütün klublar ictimailəşəcək. "Bakı"dakı vəziyyəti bilmirəm. Bu, klubun sərmayəçisindən asılı olacaq. Biz "Neftçi"nin işinə qarışmamışam. Amma indi vəziyyət elədir ki, gərək klublarda da dəyişikliklər edək. Klublar bir nəfərdən asılı olmasın. "Simurq"a Zaqatala ictimaiyyəti dəstək verməlidir. "İnter" isə xarici ad olduğundan, adı dəyişdirilərək, "İnter Keşlə" olmalıdır. "Bakı" da "Biləcəri Bakı" və ya "Xırdalan Bakı" olsaydı, oyunlarına nə qədər adam gələrdi? Klub aparatını icraçı direktor idarə edəcək. Bu məsələ də mərhələli şəkildə tənzimlənəcək".