
televiziya aparıcısı və xeyriyyə layihələrinin müəllifi olan Nuran Hüseynov "Bakı-2015” I Avropa Oyunlarının Ulduz Elçilər komandasına qoşulub. məlumatına görə, 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olan Hüseynovun komandaya qatılması ilə "Bakı-2015”in mədəniyyət sahəsindən seçilən Ulduz Elçilərinin sayı 15-ə çatıb.
Mövzu ilə bağlı çıxış edən Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015”in baş icraçı direktoru cənab Azad Rəhimov Nuran Hüseynovu I Avropa Oyunlarının son Ulduz Elçisi kimi salamlamaqdan məmnun olduğunu bildirib. Nazir jurnalistin "Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçim olduğunu deyib.
Ulduz Elçisi seçilməsi ilə bağlı fikirlərini bildirən N.Hüseynov bundan qürur hissi duyduğunu söyləyib: "Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burda iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm".
Qeyd edək ki, Nuran Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, Avroviziya mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti Ulduz Elçi olub.