
Azərbaycan I Divizionunda XXVI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, sona 4 tur qalmış "Neftçala" çempionluğu təmin edib.
Hazırda 69 xala malik Kamal Quliyevin komandası "Rəvan"ın "Zirə"yə 0:2 hesablı məğlubiyyətindən sonra ən yaxın izləyicisini 11 xal qabaqlayır. Növbəti turlarda "Neftçala"nın keçirdiyi oyunlardan biri artıq fəaliyyətini dayandırmış "Lokomotiv"ə qarşı olacaq. Həmin matçda əyalət klubu texniki qələbə ilə 3 xal qazanacaq ki, bu da çempionluq üçün yetərli olacaq.
1 may
"Bakılı” - "Şahdağ” - 0:0
"Ağsu” - "Turan” 1:1
Qollar: Soltan İbrahimov, 22 (1:0), Aqşin Sadıqov, 62 (1:1)
"Zirə” - "Rəvan” 2:0
Qollar: Elnur Abdulov, 8 (1:0) Besik Çimakadze, 44 (2:0)
30 aprel
MOİK - "Neftçala” 1:4
Qollar: Röyal Nəcəfov, 23 (1:0), Habil Nurəhmədov, 50 (1:1), Məhəmməd Alıyev, 59, 65 (1:3), Məhəmməd Bədəlbəyli, 83 (1:4)
"Şuşa Qarabağ” - "Qaradağ Lökbatan” 1:1
Qollar: Xəzər Qəribov, 66 (0:1), İlham Allahverdiyev, 81 (1:1)
"Şəmkir” - "Kəpəz” 1:0
Qol: Qeyrət Qənbərov, 21-pen (1:0)
"Mil-Muğan” - "Energetik” - 3:1
Qollar: Samir Babayev, 32-pen (1:0), Röyal Şirinov, 63 (1:1), Samir Babayev, 82; 90+1 (3:1)