Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Beşiktaş" klubunun baş məşqçi postuna namizədlər arasında göstərilib. Sportnet.az-ın "Fanatik"ə istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis mövsümün sonunda istefaya göndəriləcəyi gözlənilən Slaven Biliçi əvəzləməyə 5 namizəddən biridir.
Şenol Günəş, Mustafa Dənizli, Mircea Luçesku, Luiz Felipe Skolari kimi mütəxəssislərin yer aldığı siyahıda millimizin baş məşqçisi Robert Prosineçkinin də adı var.
Qəzet yazır ki, "Beşıktaş" 2013-cü ildə Biliçdən öncə Prosineçkini komandanın başına gətirmək istəyirdi. Lakin həmin vaxt Prosineçki iki il işlədiyi "Kayserispor"da qalmağı üstün tutmuşdu. Hazırda isə Azərbaycan millisinin baş məşqçisi olan 46 yaşlı mütəxəssis yenidən "Beşıktaş"ın "radar"ına düşüb. Klub rəhbərliyi Prosineçkinin menecerləri vasitəsi ilə danışıqlar aparır və digər məşqçilərdən gələcək cavaba uyğun hərəkət ediləcəyi iddia edilir.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizin baş məşqçi postundadır.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizin baş məşqçi postundadır.