1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Danışılmış oyunlarla bağlı kütləvi həbs
İtaliyanın hüquq-mühafizə orqanları ölkə futbolunda danışılmış oyunların təşkilində şübhəli bilinən 50 nəfəri həbs edib. Sportnet.az-ın "BBC News"a istinadən məlumatına görə, saxlanılanlar arasında ölkənin 3-cü və 4-cü divizionlarından 30 klubun futbolçuları rəsmiləri də var.
Bundan başqa bir polis əməkdaşının da şübhəli şəxslərdən olduğu bildirilir. Ümumilikdə Katandzaro şəhər prokurorluğunun apardığı istintaqa 70 nəfər cəlb olunub. Onlardan bəziləri mafioz təşkilatlarla, o cümlədən, "Ndrangheta" cinayətkar qruplaşması ilə əlaqədə olduqları açıqlanıb.
Qeyd edək ki, kütləvi həbslər 10-larla futbol matçının yoxlanılması nəticəsində baş verib. 2011-ci ildən polis 100-dən çox insana iş açıb.