"Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanacaq Ermənistan idmançısı 50 min dollar mükafat alacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan açıqlama verib.
O, finalçının 30 min dollar, bürünc mükafatçının isə 20 min dollar qazanacağını bildirib.
Ermənistan idmançıları 6 növdə 25 idmançı ilə təmsil olunacaq: Arman Yeremyan (taekvondo), Qraçya Babayan, Norayr Arakelyan (hər ikisi atıcılıq), Tiqran Kirakosyan, Aşot Danielyan, Sose Balasanyan (hər üçü sambo), Ohanes Davtyan, David Nikoqosyan, Janna Stankeviç (hər üçü cüdo), Artyom Aleksanyan, Narek Abqaryan, Aram Avaqyan, Samvel Barseqyan, Ohanes Boçkov, Nikol Arutyunov (hamısı boks), Qarik Barseqyan, David Səfəryan, Musa Murtazaliyev, Levan Berianidze, Qriqor Qriqoryan, Volodya Franqulyan (sərbəst güləş), Roman Amoyan, Karapet Çalyan, Maksim Manukyan, Miqran Arutyunyan (hamısı yunan-Roma güləşi).
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda təşkil olunacaq.