1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı 2015 təmsilçilərimiz bəlli oldu
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edəcək taekvondoçular açıqlanıb. Sportnet.az-ın məlumatıan görə, bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.
O, bildirib ki, Azərbaycan Oyunlarda 4 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beygi Harçeqani (80 kq) və yeni dünya çempionu Radik İsayev (+80 kq) çıxış edəcək. Qadınlardan isə Patimat Akabarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) tatami üzərinə çıxacaq.
N.Paşayevin sözlərinə görə, fevralda məşq vaxtı ayağını zədələyən dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov hələ tam sağalmayıb. Bu səbəbdən, R.Əzizov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara qatılacaq.
Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. İyunun 16-da start götürəcək mübarizə 4 gün davam edəcək.