
1976-cı il Monreal Yay Olimpiya Oyunlarında onnövçülük üzrə qızıl medal qazanmış ABŞ idmançısı Brüs Cenner cinsini dəyişdirmək üçün əməliyyat olunub. Sportnet.az-ın "Independent"ə istinadən məlumatına görə, Cenner əməliyyatın nəticəsindən razı qalıb.
O, hələ qalib olduğu olimpiadadan sonra özünü qadın hiss etdiyini bildirib.
Qeyd edək ki, Brüs Cenner 1991 - 2014-cü illərdə erməni pornoulduz Kim Kardaşyanın anası Krislə nikahda olub. O, 3 dəfə evlənib. Özünün 6 və qəbul etdiyi 4 övladı var.









































































