
Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının son təsnifat mərhələsində Slovakiya yığması ilə cavab görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın taleyi "qızıl set"də həll olunub.
Buna meydan sahiblərinin oyunu 3:0 hesablı qələbə ilə başa vuraraq, ilk görüşdəki eyni hesablı məğlubiyyətin əvəzini çıxması səbəb olub. "Qızıl set"də isə 15:6 hesabı ilə qalib gələrək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Final mərhələsi 26 sentyabrdan 4 oktyabradək Belçika və Hollandiyada keçiriləcək.
-----------------------------------------------------------------------------------------------------------------------
Görüş öncəsi Slovakiya yığmasının üzvləri iddialı açıqlamalar veriblər. Baş məşqçi Marek Royko Bakıdakı ilk matçı analiz etdiklərini və hücumda cəsarətli olmalarının gərəkliyini bildirib: "İlk oyunda 3 setdə uduzduq, amma bunların 2-də qələbəyə yaxın idik. Ona görə də cavab görüşündə şanslı olduğumuzu hiss edirik. Hücumda cəsarətli olsaq, mərhələ keçə bilərik. Komandam hazırdır. Bütün oyunçular matça ciddi yanaşırlar və biz cavab görüşünü səbirsizliklə gözləyirik".
Meydan sahibləri oyuna bir əvəzləmə ilə çıxacaqlar. Spiker Miroslava Kiyakovanı orta blokçu Nina Herelova əvəzləyəcək.
"Biz sərt olmaq niyyətindəyik və özümüzə inanırıq. Hədəfimiz finala vəsiqədir. Bakıda buraxdığımız səhvlərdən nəticə çıxarmalı və sonadək vuruşmalıyıq. Bizimlə birgə olacaq azarleş dəstəyinə də ümid etməlik". Bu sözləri isə digər spiker Dominika Drobnakova deyib.
Qeyd edək ki, cütün qalibi 26 sentyabrdan 4 oktyabradək Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.
Avropa çempionatı, 3-cü təsnifat mərhələsi
21:00. Slovakiya - AZƏRBAYCAN - 3:0 (26:24, 25:19, 25:18)
Qızıl set: 6:15
HAKİMLƏR: Aleksandr Petroviç (Serbiya), David Qril (Sloveniya)
Levitse İdman Zalı
İlk oyun - 0:3 (22:25, 18:25, 23:25)