
Üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps ilyarımdır spirtli içki qəbul etmir. Sportnet.az-ın NBC-yə istinadən məlumatına görə, bu barədə məşhur idmançının özü açıqlama verib.
31 yaşlı üzgüçü içkisiz qalmasını inanılmaz adlandırsa da, bu addımın fiziki görkəmində fərq yaratdığını vurğulayıb.
Qeyd edək ki, 2014-cü ildə ABŞ Üzgüçülük Assosiasiyası Maykl Felpsi yarım illik cəzalandırıb və 2015-ci il dünya çempionatından kənarlaşdırıb. O, sürət həddini aşma və qoşa xətti keçmə, habelə, içkili halda avtomobil idarə etmə ittihamları ilə həbs olunub. Sonradan Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının sonunadək spirtli içki qəbul etməyəcəyini bildirib.






































































