Kanoe üzrə rusiyalı olimpiya çempionu Maksim Opalev karyerasını başa vurub. Sportnet.az-ın Moskvaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu məqsədlə "Krılatskoye" avarçəkmə kanalındakı dünya çempionatında 35 yaşlı idmançının yolasalma mərasimi keçirilib.
Opalev mərasimdə həyatının ən gözəl illərini böyük idmana - kanoeyə həsr etdiyini və bir dəst olimpiya medalı qazandığını bildirib. O, dünya çempionatının təşkilat komitəsi və Beynəlxalq Kanoe Federasiyasının (İCF) yolasalma təşkil etməsindən və bu tədbirin məhz Rusiyada keçirilməsindən şərəf və məmnunluq hissi keçirdiyini bildirib.
Mərasim zamanı Opalevə kanoenin inkişafındakı böyük əməyinə görə İCF-in mükafatı təqdim olunub.
Qeyd edək ki, Maksim Opalev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl, 2000-ci il Afina olimpiadasında gümüş, Afina-2004-də bürünc, dünya çempionatlarında isə üst-üstə 11 medal qazanıb.