
Üzgüçülük üzrə 2004-cü ildə olimpiya çempionu olmuş fransalı Lor Manodu oğurluq edərkən yaxalanıb. Sportnet.az-ın məlumatına görə, o, Disneylenddə 200 avro dəyərində suvenir əşya oğurlayıb.
Manodunun yanında rəfiqəsi və 4 yaşlı qızı olub. İdmançının rəfiqəsinin çantasından 300 avro dəyərində suvenirlər tapılıb.
Manodunun yanında rəfiqəsi və 4 yaşlı qızı olub. İdmançının rəfiqəsinin çantasından 300 avro dəyərində suvenirlər tapılıb.
Polislər oğurlanmış əşyaları mağazaya geri qaytarıb. Lakin Manodu haqda cinayət işi açılmayıb.
Qeyd edək ki, Lor Manodu 2004-cü il Olimpiya oyunlarında sərbəst üsulla 400 metr məsafəyə üzmədə qızıl medal qazanıb.