Azərbaycan üzgüçüləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında bugünkü çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə göstərib.
Birinci qrupda 6 idmançı arasında 3-cü olan Alquliyev ümumi sıralamada 56 idmançı arasında 53-cü yeri tutub və yarımfinala vəsiqə qazana bilməyib.
Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə, 59, 74 saniyəyə qət edib. Öz qrupunda 10 idmançı arasında 9-cu olan Vəlizadə 42 üzgüçü arasında 30-cu yerlə kifayətlənib və final şansını itirib.
Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq.