
Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) vitse-prezidenti Çjou Tszihun Tokio-2020 Yay Olimpiya Oyunlarında hakimləri qorxutmaqda və onlara qarşı qeyri-etik davranışda günahlandırılıb.
Sportnet.az-ın "Inside the Games"a istinadən məlumatına görə, 57 yaşlı çinli funksioner həmyerliləri aşağı xal topladığı üçün Yeni Zelandiyadan olan Lize Rayta iradlar bildirib.
O, Raytın çinli idmançılara qarşı qərəzli olduğunu irəli sürüb və referi üçün xoşagəlməz nəticələrin olacağını söyləyib.
FINA hakimin işində səhvlər aşkar etməyib. Qurum hazırda Çjou Tszihunun davranışı ilə məşğul olur. Vitse-prezident daha əvvəl də böyük yarışlarda hakimlərə təzyiq göstərib.