Kişi basketbolçulardan ibarət Türkiyə yığması Çində keçirilən dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb.
Sportnet.az məlumatına görə, Ufuk Sarıcanın baş məşqçi olduğu komanda mundialda ilk dəfə iştirak edən Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə millisinin məğlubiyyəti ilə yekunlaşıb - 76:91.
Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17 - 32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.