
Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsində (İOC) üzvlüyü bərpa olunub.
Sportnet.az xəbər verir ki, bu barədə "R-Sport" bir neçə mənbəyə istinadən məlumat yayıb.
OKR-in üzvlüyü 5 dekabr 2017-ci ildə dayandırılıb. Nəticədə Rusiya idmançıları 9 - 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarınaa "Rusiyalı olimpiyaçı atlet" (OAR) statusunda qatılıblar. Onlar 2 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar.