
“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim rəqibə qarşı necə reaksiya verməyimizdir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə səfərdə Fransa yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.
28 yaşlı mərkəz müdafiəçisi yaxşı mübarizə aparmağa çalışacaqlarını bildirib: "Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.