İngiltərənin “Çelsi” komandası ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçında zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges uzun müddətə sıradan çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi qarşılaşmadan dərhal sonra tibbi müayinədən keçib.
Nəticədə "sambaçı"nın sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadinin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.












































































