İngiltərə "Nyukasl"ı Liqa Kubokunda mübarizəni dayandırıb.
Sportnet.az xəbər verir ki, "sağsağanlar" yarımfinalda "Mançester Siti"yə hər iki görüşdə uduzub.
"Şəhərlilər" səfərdəki ilk matçda 2:0 hesablı qələbə qazanmışdılar. Az öncə başa çatan cavab qarşılaşmasında Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv öz meydançasında da qalib olub - 3:1.
7-ci dəqiqədə Omar Marmuş hesabı açaraq “Mançester Siti”ni önə çıxarıb. 29-cu dəqiqədə Marmuş dublunu rəsmiləşdirib. 33-cü dəqiqədə Teyani Reynders meydan sahiblərinin üçüncü qolunu vurub.
62-ci dəqiqədə Entoni Elanqa bu qollardan birinin əvəzini çıxıb.
Daha əvvəl İngiltərə Liqa Kubokunun ilk finalçısı “Arsenal” olub. London klubu iki oyunun cəmində 4:2 (1:0, 3:2) hesabı ilə "Çelsi"ni üstələyib.
Beləliklə, martın 22-də Londondakı "Uembli" stadionunda keçiriləcək final matçında "Mançester Siti" və "Arsenal" komandaları üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la üz-üzə gələcək. İlk görüş fevralın 18-də evdə, cavab qarşılaşması fevralın 24-də səfərdə keçiriləcək.











































































