“Düşünmürəm ki, bu gün əla performans sərgilədik. Amma qalib gəldiyimiz üçün çox məmnunam".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Nyukasl"ının baş məşqçisi Eddi Hau "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis komandasının 1/8 final mərhələsinə yüksəlməsini böyük uğur kimi qiymətləndirib.
O, yeni turnir formatından məmnun qaldığını da gizlətməyib: “Son 16-lığa düşmək bizim üçün nəhəng nailiyyətdir. Yeni formatı çox bəyəndim, düşünürəm ki, bu, çox yaxşı qərardır. Həqiqətən zövq aldım. Təzyiqli oyunlara, iki görüşlük qarşılaşmalara yaxşı adaptasiya olduq və bu mərhələni uğurla keçdik".
Baş məşqçi növbəti mərhələdə rəqibin kimliyindən asılı olmayaraq, qarşılaşmanın klub üçün böyük hadisə olacağını bildirib: “1/8 finalda kiminlə qarşılaşsaq, bizim üçün möhtəşəm cütlük olacaq. Bu pley-off mərhələsini keçib davam etmək mövsümümüzə əlavə impuls verir".













































































