"İlk yarıda çox pis oynadıq, fasilə ərəfəsində lüzumsuz qol buraxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
"İkinci hissəni daha aktiv keçirdik. Lakin ikinci qol çatışmadı. Təəssüf ki, vacib xallar itirdik", - türkmənistanlı mütəxəssis əlavə edib.
















































































