Azərbaycanın güləş hakimi Asif Şirəliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına təyinat alıb.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, I-S kateqoriyalı referi ardıcıl ikinci dəfə Olimpiadada ədaləti qoruyacaq.
İlk dəfə “Tokio-2020”də debüt edən 43 yaşlı hakim bu dəfə Fransa paytaxtında güləş görüşlərini idarə edəcək.
Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda A. Şirəliyevin idarəçiliyini qiymətləndirərək ona məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 güləş referisi qarşıdan gələn Olimpiadada iş başında olacaq.