Belarusiya və Almaniya Duysburq şəhərində keçirilmiş avarçəkmə üzrə Dünya Kubokuna liderlik ediblər. Sportnet.az-ın məlumatına görə, Bakı 2015-də avarçəkmə idmançılarının bir çoxu, o cümlədən bir sıra Almaniya və Belarus idmançıları Duysburq şəhərində keçirilmiş avarçəkmə üzrə Dünya Kubokunda yadda qalan çıxış ediblər.
Belarus idmançılarının altı qızıl medal qazandığı oyunda ev sahibi Almaniya 13 medaldan beşini əldə edib. Belarus ümumilikdə səkkiz medala yiyələnib.
Ən güclü qaliblər sırasında olan Belarus idmançısı Maryna Litvinçuk və Marharita Maxnevadan ibarət duet olub və onlar 500 metr məsafəyə Kayak-cütlük yarışında, eləcə də 200 və 500 metr məsafəyə Kayak-dördlük müsabiqələrində qalib olmaq üçün Nadzeya Liapeşka və Volha Xudzenka ilə birlikdə mübarizə aparıblar. Litvinçuk, Maxneva və Liapeşka Bakı 2015-də yarışacaqlar.
Dzianis Maxlayi və Hleb Saladuxa 200 metr məsafəyə Kanoe-cütlük yarışında qızıl medalı, Vadzim Alekseeviç və Ruslan Sazanavets ilə birgə 200 metr məsafəyə Kayak-dördlük yarışında qələbə qazanıblar.
Digər qızıl medallara kişi avarçəkənlər sahib olublar. Raman Piatruşenka, Pavel Miadzvedzeu, Vitali Bialko və Aliaksandr Liapeşka 1000 metr məsafəyə Kayak-dördlük yarışında birinciliyi əldə ediblər.
Almaniyalı Sebastian Brendel və Maks Hoff həm qızıl, həm də gümüş medal sahibidirlər. Brendel 500 metr məsafəyə Kanoe-təkbətək yarışında ikinci sırada finiş xəttinə çatıb, 1000 metr məsafəyə Kanoe-təkbətək yarışında isə titul qazanıb. Hoff isə kişilər üzrə 500 metr məsafəyə Kayak-təkbətək yarışında ikinci, 1000 metr məsafədə isə birinciliyi əldə edib.
Markus Qross və Maks Rendşmit 1000 metr məsafəyə Kayak-cütlük yarışında qızıl medal qazanıb. Peter Kretşmer və Mixail Müller isə həmin məsafəyə Kanoe-cütlük yarışında birincilik əldə edib. Alman Yul Öltze 5 min metr məsafəyə Kanoe-təkbətək yarışının qalibi olub. Sözügedən avarçəkənlərin hamısı Bakı 2015-də iştirak edəcək.
Böyük Britaniyadan olan Lani Belçer 5 min məsafəyə Kayak-təkbətək yarışında, eləcə də Anqela Hannah ilə birgə 200 metr məsafəyə Kayak-cütlük yarışında qalib olaraq iki qızıl medal əldə ediblər. Hər iki idmançı Bakı 2015-də mübarizə aparacaq.
Fransadan olan Maksime Beaumont 200 metr məsafəyə Kayak-təkbətək yarışında birinciliyə sahib olub.