Ukraynanın "Çernomorets" klubunun futbolçusu Pavel Kutas "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"i hakimlərlə işləməkdə ittiham edib. Sportnet.az-ın məlumatına görə, müdafiəçini belə fikrə düşməyə komandasının IX tur qarşılaşmasında gərgin mübarizədə çempionatın liderinə 1:2 hesablı məğlubiyyəti vadar edib.
Kutas bildirib ki, baş hakim Konstantin Truxanov görüş zamanı "Dnepr" futbolçularının bir neçə epizodda açıq-aşkar kobudluğuna göz yumub və "Çernomorets"in qolunu saymayıb. Onun fikrincə, Dnepropetrovsk komandasının hakimlərlə işi sayəsində bu komandaya loyal münasibət göstərilir: "Əvvəllər Xuande Ramos "Dnepr"in hakimlərlə işləmədiyini təkrarlamaqdan usanmırdı. Amma indi vəziyyət dəyişib. Heç nə iddia etmirəm, amma son zamanlar yeni baş məşqçi bunu xatırlamır, oyunçular isə qərəzli hakimliklə üzləşmələrindən şikayətlənmirlər. Demirəm ki, bu, pisdir. Bu, "Dnepr" üçün yaxşıdır. Bəs görəsən, belə vəziyyətlə barışan komandalar üçün necədir?"
Qeyd edək ki, "Çernomorets" üzərindəki qələbə sayəsində "Dnepr" Premyer Liqada liderliyini qoruyub. Xuande Ramos isə son 20 ildə ən uğurlu mövsüm bəxş etdiyi komandadan ötən mövsümün sonunda ayrılıb. Onu ukraynalı mütəxəssis Miron Markeviç əvəzləyib. "Qarabağ" "Dnepr"lə səfər matçında 1:0 hesablı qələbəyə nail olub. Bu komandalar arasında təkrar qarşılaşma noyabrın 6-da Bakıda olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |