1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunlarının alternativi yaradıldı
2018-ci ildə ilk dəfə yay idman növləri üzrə birləşmiş Avropa çempionatı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, yarış iyulun sonları - avqustun əvvəllərində Almaniyanın Berlin və Şotlandiyanın Qlazqo şəhərlərində təşkil olunacaq.
12 gün davam edəcək turnir özündə yüngül atletika, velosiped idmanı, avarçəkmə, su idman növləri və triatlonu birləşdirəcək. Bu siyahıya qolfun da daxil ediləcəyi gözlənilir. Belə formatda yarışlar 4 ildə bir dəfə keçiriləcək.
Hər bir çempionat müvafiq federasiya və şəhər administrasiyası tərəfindən təşkil olunacaq. İlk turnirdə 4500-dək idmançının iştirakı gözlənilir. Bunlardan 1500-ü Berlində keçiriləcək yüngül atletika növündə, 2900-dən çoxu Qlazqoda digər növlərdə yarışacaq.
İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarından fərqli olaraq, birləşmiş çempionatda su idman növləri üzrə mübarizə elitar səviyyədə gedəcək. Bakıda isə yalnız yeniyetmələr yarışacaq. Velosiped idmanı isə bütün 4 növdə (şosse, trek, BMX və dağ velosipedi) təmsil olunacaq. Halbuki I Avropa Oyunlarında bunlardan trek növü yer almayacaq.
Qeyd edək ki, birləşmiş çempionat iki ildə bir dəfə keçirilən yüngül atletika üzrə Avropa çempionatını əvəzləyəcək.