1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyədə Ramil Quliyevlə bağlı BÖYÜK QALMAQAL
Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyevlə bağlı böyük qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, görünməmiş olay İspartada keçirilən Türkiyə Atletika Universiadasında yaşanıb.
100 metr məsafəyə qaçışda 52 idmançının qeydiyyatdan keçməsi ilə əlaqədar vaxt qıtlığı əmələ gəlib. Təşkilatçılar seçmə mərhələni daha erkən başa vurmaq üçün qaçış zolaqlarının sayını araya xətt çəkərək, artırmağı qərara alıblar. Start xəttinə çıxanlar arasında Dumlupınar Universitetinin tələbəsi olan Azərbaycan millisinin sabiq sprinteri də olub. Bir neçə il öncə Türkiyə vətəndaşlığını qəbul etmiş Quliyev 100 metr məsafəni 10,16 saniyəyə çataraq, Olimpiya normasını keçib.
Lakin məsələdən xəbərdar olan Türkiyə Atletika Federasiyasının rəsmiləri bu göstəricinin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) tərəfindən sayılmayacağını bəyan ediblər. Beləliklə, yarışın nəticələri ləğv edilib və Türkiyə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 100 metr məsafəyə qaçış növündə göndərə biləcəyi idmançısından məhrum olub. Digər tərəfdən, start xəttinin 7 sm qısa çəkildiyi üzə çıxıb. Bununla da təşkilatçılar üçüncü qalmaqala imza atıblar.
Qeyd edək ki, Ramil Quliyev Azərbaycan millisindən 2009-cu ildə ayrılaraq, Türkiyə vətəndaşlığını seçib. Lakin o, İAAF qaydalarına əsasən, 2012-ci il London Yay Olimpiya Oyunlarında "ay-ulduzlu" formanı geyinə bilməyib.